16:40 27-02-2014
news_image
558
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun üzvü dünya çempionu oldu

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”ya daha bir şad xəbər Kolumbiyadan gəlib. Velosiped İdmanı Federasiyasından apasport.az saytına verilən xəbərə görə, ötən gün Kali şəhərində start götürən trek yarışları üzrə dünya çempionatında komandamızın avstraliyalı üzvü Lük Deyvison öz ölkəsinin yığmasının heyətində 4000 metr məsafəyə komanda izləmə yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qanunları idmançılara həm şosse, həm də trek yarışlarında iştirak etməyə imkan verir. Bu da “Synergy Baku”da şosse növündə çıxış edən Lük Deyvisona öz millisi ilə Kolumbiyaya - trek üzrə dünya çempionatına yollanaraq qızıl medal qazanmağa şərait yaradıb.