05:22 04-03-2014
news_image
274
DİGƏR NÖVLƏR

Paralimpiya oyunlarında ilk boykot ehtimalı

 

 

Norveç Milli Olimpiya Komitəsinin prezidenti Borre Roqnlien martın 16-da Soçidə başlayacaq Paralimpiya oyunlarında iştirakdan imtina edilməsi variantını nəzərdən keçirdiklərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Roqnilen bunu Krımdakı qeyri-stabil vəziyyətlə bağlasa da, məsələnin siyasi tərəfinə də toxunub.

 

Norveç MOK prezidenti bildirib ki, Krım yarımadası Qara dəniz sahilində olduğundan, narahatdırlar: “Soçi də Qara dəniz sahilindədir. Hazırda xüsusi xidmət orqanlarından məlumat almışıq ki, Soçidə vəziyyət Olimpiadada olduğu kimidir. Amma Krımdakı vəziyyətin gərginləşməsinin bizi narahat etdiyi başadüşüləndir. Biz baş verənləri günbəgün izləməliyik”.

 

Roqnilen Norveç paralimpiyaçılarının evdə qalmaq məcburiyyəti ilə qarşılaşmayacaqlarına ümid etdiyini söyləyib: “Amma istisna da deyil. Biz başqa ölkələrin nə edəcəyini də qiymətləndirməliyik. Əgər bir çox ölkələr iştirakdan imtina etsələr, vəziyyət siyasi çalar ala bilər”.