03:26 05-03-2014
news_image
499
DİGƏR NÖVLƏR

Səkkizqat olimpiya çempionu karyerasını davam etdirəcək

 

 

Biatlon üzrə səkkiz dəfə olimpiya çempionu, norveçli Ule Eynar Borndalen karyerasını bitirmək fikrindən vaz keçdiyini bildirib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı idmançı 2016-cı ildə Osloda keçiriləcək biatlon üzrə dünya çempionatına kimi çıxış etmək niyyətindədir.

 

Borendalen bildirib ki, Soçi Olimpiadasından sonra ruh yüksəkliyi yaşayır. Buna görə də, komandası ilə məsləhətləşəndən sonra    idman həyatını davam etdirmək qərarına gəlib.

 

Qeyd edək ki, hələ bir müddət öncə mütəxəssislər artıq onun qələbə çala biləcəyinə inanmadıqlarını deyirdilər. Amma Borendalen Olimpiada zamanı bir çox gənc idmançıları geridə qoyaraq yeni rekorda imza atıb. Hazırda o, qış olimpiya növlərində ən titulu idmançıdır. Borendalenin 13 olimpiya medalı var (8 qızıl, 4 gümüş və 1 bürünc). Bundan əvvəlki rekord daha bir norveçli xizəksürən Boren Deliyə məxsus idi – 12 medal (8 qızıl və 4 gümüş).

 

Borendalen Dünya Kubokunda 1992/1993-cü il mövsümündən çıxış etməyə başlayıb. İlk dəfə isə Olimpiadaya 20 il əvvəl – 1994-cü il Lillihamerdə qatılıb.