07:53 06-03-2014
news_image
477
DİGƏR NÖVLƏR

Mariya Şarapova madam Tüsso muzeyində

 

 

 

Madam Tüsso muzeyinin Honkonq filialı yeni eksponatla zənginləşib. Apasport.az-ın məlumatına görə, tennis üzrə dünyanın keçmiş bir nömrəsi Mariya Şarapovanın mum büstü muzeyin eksponatına çevrilib.

 

“Böyük dəbilqə” seriyasının bütün dörd turnirinin qalibi olan Şarapova Tüsso muzeyində mum heykəli qoyulan ilk qadın tennisçidir. Honkonq muzeyinin baş direktoru Kelli Mak bildirib ki, Şarapova muzeylərində ilk məşhur tennisçi olacaq: “Biz bu il dünya idmanının bir çox nümayəndəsinin heykəlini də əldə etmək niyyətindəyik”.

 

Şarapovanın mum heykəli “çempion zalı”na qoyulub. O, ingilis futbolçusu Devid Bekhemlə məşhur çinli basketbolçu Yao Minin arasında yerləşdirilib.