06:37 06-03-2014
news_image
574
DİGƏR NÖVLƏR

Olimpiadada zədələnən idmançı ömürlük əlil qaldı

 

Soçidə keçirilən Olimpiya oyunları zamanı ağır zədələnən rusiyalı idmançı Mariya Komissarova tam sağala bilməyəcək. Apasport.az saytının məlumatına görə, idmançının müalicə olunduğu Münhen klinikasının həkimləri Komissarovanın xüsusi vasitələr olmadan hərəkət edə bilməyəcəyini və əlil qalacağını bildiriblər.

 

Müalicə həkimi Piter Bibertalerin sözlərinə görə, zədə ağır olduğundan Komissarovanın spinal kanalının funksiyaları sona kimi bərpa olunmayacaq. Bu o deməkdir ki, 23 yaşlı idmançı sərbəst hərəkət etmək imkanını itirəcək. O, ancaq xüsusi vasitələrin köməyi ilə hərəkət edə biləcək.

 

İdmançı yaxın 10 həftə ərzində bərpa mərkəzində müalicə olunacaq. Həkimlər bildirirlər ki, evə buraxılandan sonra belə onu uzun müddət müalicə etmək və yeni həyatına öyrəşdirmək lazım gələcək.

 

Rusiyalı idmançı fevralın 15-də məşq zamanı yıxılıb. Onun onurğa sütununun sınması və yerini dəyişməsi müəyyən olunub. Təcili əməliyyatdan dərhal sonra idmançı Almaniyaya göndərilib.