04:45 06-03-2014
news_image

Kliçko: İnsanları seçkiyə dəvət edəcəyəm

 

Ukraynalı boksçu, professionallar arasında WBAIBFWBOIBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçko insanları seçkilərdə iştirak etməyə çağıracağını bildirib. Apasport.az saytının məlumatına görə, Kliçko aprelin 26-da Almaniyada Aleks Liepaiyə qarşı döyüşdən sonra qısa müddətdə siyasətlə məşğul olacaq.

 

Dünya çempionu qeyd edib ki, insanların təşəbbüs göstərərək seçim etmələrini istəyir: “Nə qədər çox insan seçim etsə, bizim irəliyə doğru irəliləməyimiz bir o qədər asan olacaq. Bu imkanı əldən vermək olmaz”.

 

Vladimir deyib Ki, dəfələrlə qardaşının müdafiəsinə qalxıb: “İnsanları qardaşıma səs verməyə çağırmışam. Amma bu gün sadəcə səsvermədə iştirak etmək vacibdir. Mənim öz nöqteyi-nəzərim var və qardaşım heç də həmişə fikirlərimlə razılaşmır. Mən heç bir partiyanın, o cümlədən qardaşımın başçılıq etdiyi “UDAR” partiyasının üzvü deyiləm. Mən bülletendə səs verəndə, bu ancaq mənim seçimim olur”.

 

Qeyd edək Ki, Vladimir Kliçko boks üzrə keçmiş dünya çempionu, Ukrayna prezidentliyinə əsas namizədlərdən biri Vitali Kliçkonun qardaşıdır.