06:59 07-03-2014
news_image
443
DİGƏR NÖVLƏR

Olimpiya medallarına görə 18 milyon dollar

Soçi Olimpiadasında medal qazanan ölkələr mükafat kimi idmançılara 17,9 milyon dollar ödəyiblər. Apasport.az saytının məlumatına görə, bu məbləğin təxminən üçdə biri Rusiyanın payına düşür.

 

Rusiya ümumi medal hesabında qalib gəlib, 13 qızıl, 11 gümüş və 9 bürünc medal qazanıb. Ruslar idmançılarına 5 milyon 802 min dollar mükafat veriblər.

 

Medal hesabında üçüncü yerdə olan Kanada idmançıları (10 qızıl, 10 gümüş və 5 bürünc) təxminən 4 dəfə az mükafat alıblar - 1 milyon 446 min dollar.

 

Üçüncü yeri isə medal hesabında 18-ci yerdə olan (1 qızıl, 3 gümüş, 3 bürünc) Finlandiya tutub – 1 milyon 240 min dollar. Medal hesabında 4-cü yerdə olan ABŞ (9 qızıl, 7 gümüş, 12 bürünc), idmançıların mükafatı siyahısında da analoji pillədədir – 1 milyon 50 min.

 

Onluğa italiyalılar (952 min dollar), hollandiyalılar (939 min dollar), latviyalılar (895 min dollar), beloruslar (825 min dollar), almanlar (655 min dollar) və ukraynalılar (650 min dollar) daxildir.

 

Norveç (11 qızıl, 5 gümüş, 10 bürünclə 2-ci yer), İsveç və Böyük Britaniya idmançılara pul mükafatı ayırmır.

 

İdmançılar arasında Ən böyük pul mükafatını 3 qızıl medal alan belaruslu Darya Domraçeva qazanıb – 450 min dollar. İkinci yerdə rusiyalı şort-trek ustası Viktor An gəlir. Olimpiadada 3 qızıl və 1 gümüş əldə edən Ana 387 min dollar verilib. Üçüncü yeri isə 1 gümüş və 3 bürünc sahibi olan italiyalı şort-trekçi Arianna Fontana tutur.