02:34 07-03-2014
news_image
311
DİGƏR NÖVLƏR

Nadal doktor dərəcəsi alacaq

 

 

Tennis üzrə kişilər arasında dünyanın bir nömrəsi Rafael Nadal Balear adaları Universitetinin doktor elmi dərəcəsini alacaq. Apasport.az satının məlumatına görə, institut nümayəndələri Nadala bu mükafatın idman sahəsindəki nailiyyətlərinə görə verildiyini bildiriblər.

 

Gözlənildiyinə görə, mükafat bu ilin yazında təqdim olunacaq. Bunun üçün universitetin mənzil-qərargahının yerləşdiyi Palma-de-Mayorka şəhərində təntənəli mərasim keçiriləcək.