11:53 07-03-2014
news_image
1239
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarovadan gözlənilməz məğlubiyyət

Qadın şahmatçılar arasında Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ikinci turdan sonra xal itirməyən 2 zəka sahibi qalıb.

 

Belə ki, II turun ən gözlənilməz nəticəsi Zeynəb Məmmədyarova – Aytən Əmrayeva görüşündə alınıb. Təcrübəli şahmatçımız ağ fiqurlarla gənc rəqibinə uduzub. Millimizin liderlərindən olan Nərgiz Umudova və Türkan Məmmədyarova öz aralarında “sülh”ə razılaşıblar.

 

II tur

Xəyalə Abdulla (2248) – Səhər Hüseynova (2042) – 1:0

Günay Məmmədzadə (2175) – Səbinə İbrahimova (2219) – 0:1

Zeynəb Məmmədyarova (2249) – Aytən Əmrayeva (2000) – 0:1

Nərgiz Umudova (2220) - Türkan Məmmədyarova (2246) – 0,5:0,5

Nərmin Xələfova (2171) – Nərmin Kazımova (2226) – 0:1

Səbinə Quliyeva (2027) – Gülnar Məmmədova (2334) – 0:1


Turnir cədvəli: Kazımova, Abdulla – 2 xal; Əmrayeva – 1,5; Hüseynova, Xələfova, İbrahimova, Məmmədova, T. Məmmədyarova – 1; Məmmədzadə, Z. Məmmədyarova, Umudova, Quliyeva – 0:5.