02:31 08-03-2014
news_image
557
DİGƏR NÖVLƏR

Şumaxer hələ də komadan çıxarılır

 

 

“Formula-1” avtomobil yarışlarının əfsanəvi pilotu Mixael Şumaxer hələ də komadan tədricən çıxarılma mərhələsindədir. Apasport.az saytının məlumatına görə, Şumaxerin mətbuat katibi Sabina Kem bildirib ki, idmançının səhhəti ilə bağlı istənilən dəqiqləşdirilməmiş informasiyanı yalan informasiya saymaq lazımdır.

 

Kem qeyd edib ki, Mixael hələ də tədricən ayıltma mərhələsindədir: “Vəziyyət dəyişməyib. Onu müalicə edən həkimlər və şəxsi agenti tərəfindən təsdiqlənməyən istənilən informasiyanı yalan informasiya hesab edin”.

 

Qeyd edək ki, Mixail Şumaxerin səhhəti ilə bağlı müxtəlif şayiələr dolaşır. Bəzi mətbu orqanları onun ümumiyyətlə ayılmadığını və həkimlərin artıq prosesi dayandırdıqlarını yazıblar. Digər məlumatlarda isə Şumaxerin ayıltmaya müsbət reaksiya verdiyi və gözlərini qırpdığı iddia olunur.