09:47 11-03-2014
news_image

Boksçularımız Hamburqdan 8 medalla qayıdır

Almaniyanın Hamburq şəhərində qadın boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

 

Yana Alekseyeva ilə Anna Əlimərdanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Leyla Həsənova, Alina Hacıyeva, Aynur Rzayeva və Anaxanım Ağayeva 2-ci, Məryəm Cəbrayılova və Aliyə Vəlizadə isə 3-cü yerlə kifayətləniblər.

 

Qeyd edək ki, bu yarış apreldə Bolqarıstanda keçiriləcək gənclər arasında dünya və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyırdı.