06:24 12-03-2014
news_image
836
DİGƏR NÖVLƏR

Hokkeyçi oyun zamanı ölümdən döndü – VİDEO

 

Milli Hokkey Liqası çempionatının oyununda gərgin anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, “Dallas Siti” və “Kolambus Blu Cekets” klublarının oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Görüşün birinci periodunun 6-cı dəqiqəsində “Dallas”ın 31 yaşlı hücumçusu Riç Peverli ehtiyat oyunçular skamyasında heç bir təmas olmadan yıxılıb və huşunu itirib. Hokkeyçilərin səs-küy salmasından sonra hakimlər oyunu dayandırıblar və Peverli dərhal soyunub-geyinmə otağına aparılıb.

 

MHL rəsmi açıqlama ilə çıxış edərək Peverlinin vəziyyətinin stabilləşdiyini və hazırda xəstəxanada olduğunu bildirib: “Hər iki komandanın oyunçularının emosional gərginlik keçirdiyi nəzərə alınaraq. Oyun başqa vaxta təxirə salınıb. Biz azarkeşlərdən üzr istəyir və bizi anladıqlarına görə onlara təşəkkür edirik”.

 

Birinci olaraq həkimləri çağıran baş məşqçi Lindi Raff etiraf edib ki, həddən artıq qorxub: “O yıxılanda, mən hər şeyi unutdum: oyunçular, oyun, hakimlər… Mən sadəcə qışqırmağa və köməyə çağırmağa başladım. Bir də heç bir zaman belə bir hadisənin şahidi olmaq istəməzdim”.

 

İlkin məlumata görə, Peverli ürək tutmasından huşunu itirib.

 

    

)