05:18 12-03-2014
news_image
447
DİGƏR NÖVLƏR

Messi səfir oldu

 

 

“Barselona” və Argentina yığmasının hücumçusu Leonel Messi gənclər arasında Olimpiya oyunlarının rəsmi siması olacaq. Apasport.az saytının məlumatına görə, Olimpiada 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək.

 

Bununla bağlı futbolçu və Argentina paytaxtının administrasiyası arasında razılaşma əldə olunub. Buenos-Ayres meri Maurisio Makri bildirib ki, Messinin onların komandasına qatılması böyük şərəfdir: “Lionelin özü üçün də gənclər arasında idmanı və sosial inkişafı təbliğ etmək şərəf olacaq. O bütün dünyada professionallığın nümunəsidir”.

 

Qeyd edək ki, Buenos-Ayres administrasiyası həm də Lionel Messinin xeyriyyə fondu ilə əməkdaşlıq edir.