07:01 12-03-2014
news_image
627
DİGƏR NÖVLƏR

Şumaxer sərbəst nəfəs almağa başlayıb

 

 

“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxerin səhhətində müsbət dəyişiklik qeydə alınıb. Apasport.az saytının məlumatına görə, onun süni nəfəsalma aparatından ayrıldığı və artıq insan səsinə reaksiya göstərdiyi iddia olunur.

 

“Formula-1”in rəsmi saytında qeyd edilir ki, Mixael əvvəlki kimi komadan tədricən çıxarılma mərhələsindədir: “Vəziyyət dəyişməyib”.

 

Şumaxerin meneceri Sabina Kim isə bildirib ki, artıq Mixaelin həyatı təhlükədə deyil. Bununla yanaşı, riskin tamamilə ötüşdüyü və onun tam sağalacağı barədə danışmaq hələ həddən artıq tezdir.