04:19 13-03-2014
news_image
334
DİGƏR NÖVLƏR

Məşhur tennisçi ikinci dəfə əkiz atası olacaq

 

Məşhur isveçrəli tennisçi, “Böyük Dəbilqə” turnirlərinin 17 qat çempionu Roce Federer və həyat yoldaşı Mirka ikinci dəfə əkiz uşaq valideyni olacaqlar. Apasport.az saytının məlumatına görə, körpələrin 2014-cü ilin iyulunda dünyaya gələcəyi gözlənilir.

 

Rocer və Mirkanın artıq 2 uşağı var: Mayla Rouz və Şarlin Riva adlı 5 yaşlı əkiz bacılar. Həkimlər ailəni bu dəfə də sevindiriblər: Federerlərin növbəti dəfə əkiz körpəsi doğulacaq.