10:25 13-03-2014
news_image

Yığmamız Hollandiyaya yollandı

Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət milli komandaları növbəti beynəlxalq turnirə yollanırlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız martın 15-16-da Eyndhoven şəhərində keçiriləcək Hollandiyanın acıq çempionatında 20 idmançı ilə təmsil olunacaq.

 

Belə ki, kişilərdən ibarət yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev “Dutch Open”də Mikayıl Əliyev (54 kq), Samir Cavadlı, Maqomedyasin İbraqimov (hər ikisi 58 kq), Ayxan Tağızadə, Hüseyn Mehrəliyev (hər ikisi 63 kq), Fariz Əliyev, Namaz Heydərov, Elvin Məmmədov (hər üçü 68 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) sınayacaq.

 

Qadın taekvondoçularımızın baş məşqçisi Gündüz Abdullayev isə “G2” dərəcəli turnirdə Türkanə Tahirli, Anastasiya Kan (hər ikisi 46 kq), Patimat Abakarova (hər ikisi 49 kq), Hülya Oveyoğulları, Səbinə Mikayılova (hər ikisi 53 kq), Günay Ağakişiyeva (57 kq), İnci Zeynep Sönmez (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevaya (73 kq) şans verəcək.

 

Sayca 41-cı dəfə təşkil edilən “Dutch Open”də 45 ölkədən 1100-dək idmançı qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, bu gün səfərə çıxan millimiz 5 gün sonra paytaxta dönəcək.