17:02 13-03-2014
news_image
630
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov yarım xalla başladı - YENİLƏNİB

Bu gün dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə keçirilən yarışın ilk turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalovla qarşılaşıb.

 

Təmsilçimiz SOCAR-dakı komanda yoldaşına qarşı ağ fiqurlarla oynasa da, bundan yararlana bilməyib. Bakı vaxtı ilə saat 13:00-da başlayan görüşün 36-cı gedişində tərəflər heç-heçəyə razılaşıblar.

 

Digər 2 cütdə də “sülh” qeydə alınıb. Yalnız erməni Levon Aronyan hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand qarşısında “ağ bayraq” qaldırıb.

 

13 mart

I tur

Dmitri Andreykin (Rusiya) - Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Sergey Karyakin (Rusiya)  - Pyotr Svidler (Rusiya) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Levon Aronyan (Ermənistan) - 1:0


Qeyd edək ki, turnirin qalibi hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) oynayacaq.