23:41 13-03-2014
news_image
780
DİGƏR NÖVLƏR

Medallarınızı əlinizlə örtün – ETİRAZ - FOTO

 

Soçidə keçirilən Paralimpiya oyunlarında çıxış edən ukraynalı idmançılar maraqlı etiraz aksiyası həyata keçirirlər. Apasport.az saytının məlumatına görə, paralimpiyaçılar Rusiyanın Ukrayna siyasətinə etiraz olaraq təqdimetmə mərasimi zamanı medallarını əlləri ilə bağlayırlar.

 

Ukrayna gənclər və idman naziri Dmitri Bulatov bildirib ki, paralimpiyaçılar etiraz əlaməti olaraq ümumiyyətlə təqdimetmə mərasimi zamanı medallarını boyunlarından çıxartmaq istəyiblər: “Amma Paralimpiya oyunlarının nizamnaməsinə görə, bu addım qəti şəkildə qəbul edilmir və komandanı 8 il müddətinə oyunlardan kənarlaşdıra bilərlər. Bu səbəbdən də, Ukrayna komandası başqa yol seçib. Onlar Rusiya qoşunlarının ölkəmizə girməsinə etiraz olaraq Ukrayna himni çalınanda və paralimpiyaçılar təltif ediləndə, nümayişkaranə şəkildə əlləri ilə medallarını örtürlər”.