17:02 14-03-2014
news_image
1754
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov erməniyə uduzdu - YENİLƏNİB

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə keçirilən yarışın ikinci oyun günündə həmyerlimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gəlib.

 

İlk gündə Veselin Topalovla xalları yarı bölən qrossmeysterimiz bu dəfə qara fiqurlarla oynayıb. Görüş qrossmeysterimiz üçün uğursuz alınıb. I turda məğlubiyyət acısı yaşayan Aronyan Məmmədyarovu 44-cü gedişdə mat edib.

 

Digər 2 görüşdə də “ağlar” qalib gəlib. Yalnız Topalovla Anandın qarşılaşmasında heç-heçə qeydə alınıb.

 

14 mart

II tur
 

Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya) – 1:0

Pyotr Svidler (Rusiya) - Dmitri Andreykin (Rusiya) - 1:0

Veselin Topalov (Bolqarıstan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

 

Turnir cədvəli: Anand, Svidler, Kramnik – 1,5 xal; Topalov, Aronyan – 1; Andreykin, Karyakin, Məmmədyarov – 0,5.


Qeyd edək ki, həmyerlimiz sabah ağ fiqurlarla Ananda qarşı oynayacaq.