18:25 17-03-2014
news_image
1180
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov ilk qələbəsini qazandı - YENİLƏNİB

Dünya şahmat tacı uğrunda iddiaçıların turnirində bu gün IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın ilk 3 partiyada cəmi 0,5 xal toplayan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu dəfə Dmitri Andreykinlə oynayıb.

Ağ fiqurlarla mübarizə aparan həmyerlimiz nəhayət ki, qələbə qazana bilib. Məmmədyarov 42-ci gedişdə rəqibini mat edib. Bununla da, şahmatçımız autsayder olmaqdan qurtulub.

 

17 mart

IV tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dmitri Andreykin (Rusiya) - 1:0
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) - Pyotr Svidler (Rusiya) - 1:0
Vişvanatan Anand (Hindistan) - Vladimir Kramnik (Rusiya) - 0,5:0,5


Turnir cədvəli: Anand – 3 xal; Kramnik, Aronyan – 2,5; Svidler, Topalov – 2; Karyakin, Məmmədyarov – 1,5; Andreykin – 1.