04:48 18-03-2014
news_image
540
DİGƏR NÖVLƏR

Paralimpiya oyunlarında siyasi qalmaqal - FOTO

 

 

Paralimpiya oyunlarının bağlanış mərasimi zamanı siyasi qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, mərasimin təşkilatçısı olan Rusiya nümayəndələri ukraynalı xizəkçi Lüdmila Palenkonu bağlanış mərasiminə buraxmamağa çalışıblar.

 

Ukraynanı açılış mərasimində olduğu kimi, bağlanış mərasimində də cəmi bir idmançı təmsil edib. Ukraynalı idmançılar bu addımla Rusiyaya öz etirazlarını bildiriblər. Pavlenko da Ukrayna bayrağını daşımalıymış. Rusiyalı təşkilatçılar isə xizəkçinin geyimində və başındakı gül tacındakı lentdə “sülh”, “peace” yazılması səbəbindən ona mane olmağa çalışıblar. Təşkilatçılar Pavlenkonun başındakı lenti qopara biliblər. Geyiminin üzərindəki yazını qoparmağa isə gücləri çatmayıb. Xizəkçi yaxasındakı yazının qoparılacağı halda ümumiyyətlə bağlanış mərasiminə qatılmayacağını bildirib. Onu digər ölkələrin idmançıları da dəstəkləyiblər. Onlar hətta Pavlenkonu öz bədənləri ilə bağlayaraq “sülh” sözündə pis heç nə olmadığını bildiriblər. Bundan sonra təşkilatçılar geri çəkilib.