18:47 18-03-2014
news_image
976
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan növbəti heç-heçə - YENİLƏNİB

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın V turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.

 

Bu görüşədək hesabında 1,5 xalı olan təmsilçimiz rəqibinə qarşı qara fiqurlarla oynayıb. Şəhriyar bu dəfə də heç-heçə ilə kifayətlənib.

 

Ümumiyyətlə turun 4 oyunundan 3-də bərabərlik qeydə alınıb. Yalnız Pyotr Svidler Veselin Topalov üzərində qələbə qazanıb. Bu da Şəhriyarın Topalova çatmasına imkan yaradıb. İndi onlar 5-ci yeri bölüşən 3 qrossmeyster arasında qərarlaşıblar.

17 mart

V tur
 

Dmitri Andreykin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Pyotr Svidler (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5


Turnir cədvəli: Anand – 3,5 xal, Kramnik, Aronyan, Svidler – 3, Topalov, Karyakin, Məmmədyarov – 2, Andreykin – 1,5.