
Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Pyotr Svidler üz-üzə gəlib.
Son görüşlərdə özünə gələn təmsilçimiz matçı qələbə ilə başa vurub. Ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə rəqibini mat edib.
Həmyerlimiz kimi yalnız Veselin Topalov aktivinə 1 xal yazmağı bacarıb. Digər görüşlərdə isə “sülh” qeydə alınıb.
19 mart
VI tur
Levon Aronyan (Ermənistan) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Pyotr Svidler (Rusiya) - 1:0
Veselin Topalov (Bolqarıstan) - Vladimir Kramnik (Rusiya) - 1:0
Turnir cədvəli: Anand – 4 xal; Aronyan – 3,5; Svidler, Kramnik, Topalov, Məmmədyarov – 3; Karyakin – 2,5; Andreykin – 2.