12:43 19-03-2014
news_image
982
DİGƏR NÖVLƏR

Azərbaycanda baş məşqçilərin maaşları artırıldı

Baş nazir Artur Rasizadə “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
 

Qərara əsasən, olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 430 manatdan 540 manata qaldırılıb.