23:49 19-03-2014
news_image
1361
DİGƏR NÖVLƏR

8 atletimiz 2 illik, 1-i ömürlük cəza aldıSİYAHI

 


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) dopinq-testdən keçə bilmədiyi üçün cəzalanan Azərbaycan ağır atletlərinin siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, bundan əvvəl 5 ağırlıqqaldıranımızın cəzalandırıldığı bildirilirdisə, indi onların sayının 9 olduğu üzə çıxıb.

 

Cəzalandırılan atletlərimiz  bunlardır: Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Mərziyyə Məhərrəmova, Zülfüqar Süleymanov, Kseniya Vışnitskaya və İntiqam Zairov.

Bütün atletlərimizin qanında qadağan olunan dehidrometiltestosteron  maddəsi tapılıb. Alyona Kiriyenkonun qanında isə əlavə olaraq oksandrolon aşkar edilib.

 

Atletlərimiz aşağıdakı müddətə cəzalandırılıblar:

 

Silviya Angelova – 08.04.2013 – 08.04.2015

 

Sərdar Həsənov – 10.04.2013 – 10.04.2015

 

Valentin Xristov – 09.04.2013 – 09.04.2015

 

Kamran İsmayılov – 14.09.2013 – 14.09.2015

 

Alyona Kiriyenko – 19.06.2013 – 19.06.2015

 

Mərziyyə Məhərrəmova – 04.09.2013 – 04.09.2015

 

Kseniya Vışnitskaya – 11.04.2013 – 11.04.2015

 

İntiqam Zairov – 13.04.2013 – 13.04.2015

 

Zülfüqar Süleymanov – 09.04.2013 - ÖMÜRLÜK

 

 

Qeyd edək ki, Zülfüqar Süleymanov ikinci dəfə dopinq-testdə tutulduğu üçün ömürlük cəzalandırılıb.