01:03 20-03-2014
news_image

Əfsanəvi boksçu 51 yaşında rinqə qayıdır

 

Əfsanəvi amerikalı boksçu, ağır çəkidə keçmiş mütləq dünya çempionu Evander Holifild çoxlarını şoka salan qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı boksçu rinqə qayıtmaq niyyətindədir.

 

Britaniyalı promouter Frenk Uorren Holifildin şotlandiyalı Hari Kornişlə döyüşünün təşkili üçün boks təşkilatlarına müraciət etməyə hazırlaşır. Qeyd edək ki, Holifild sonuncu dəfə rinqə 2011-ci ilin mayında çıxıb və Brayan Nilsenə nokautla qalib gəlib.