13:24 21-03-2014
news_image

2 taekvondoçumuz olimpiadaya lisenziya qazandı

 

Tayvanın Taypey şəhərində  gənc taekvondoçular arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir start götürüb. Apasport.az saytının xəbərinə görə, turnirin ilk günü milli komandamız üçün uğurlu alınıb.

İdmançılarımızdan Səid Quliyev (73 kq) yalnız finalda uduzduğundan gümüş medal qazanıb. Safiye Polat (49 kq) isə bürünc medalla kifayətlənib.

Hər iki taekvondçu Çinin Nanjinq şəhərində keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.