10:15 22-03-2014
news_image

Qran-prinin ilk günündə 2 qızıl və 1 bürünc medal

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə keçirilən Qran-pri turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, tatamiyə çıxan 5 cüdoçumuzdan 3-ü fəxri kürsüyə yüksəlib.

 

Belə ki, Orxan Səfərov (60 kq) və Nicat Şixəlizadə (66 kq) çıxışlarını qızıl medalla bitiriblər. Onlardan fərqli, Kifayət Qasımova (57 kq) bürünc medalla kifayətlənib.

 

Qran-pridə bu gün və sabah daha 9 idmançımız gücünü yoxlayacaq.

 

Qeyd edək ki, bu, Hacıağa Hacıəhmədovun millidə baş məşqçi kimi debüt yarışıdır.