17:36 22-03-2014
news_image
584
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz finala çıxa bilmədi

Stend atıcılığı üzrə Qətər açıq çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan millisi üçün medalsız başa çatıb.

 

Yalnız skit növündə mübarizə aparan komandamızın heyətində ən yaxşı nəticəni Olimpiya çempionumuz Zemfira Meftahətdinova göstərib. Lakin o, 10-cu olmaqla, finala yüksələ bilməyib. Yığmamızın digər üzvlərindən Nurlana Cəfərova 23-cü və Regina Meftahətdinova 26-cı yeri tutublar.

 

Kişilərin yarışında isə Emin Cəfərov 16-cı olub.