07:53 25-03-2014
news_image
363
DİGƏR NÖVLƏR

Rusiya Soçidə 1,5 milyard rubl qazanıb

Rusiya Soçidə keçirilən Olimpiya oyunlarına xərclərini qaytarıb və hətta əlavə pul da qazanıb. Apasport.az saytının məlumatına görə, Moskva əlavə 1,5 milyard rubl və ya 32 milyon avro əldə edib.

 

Rusiya baş nazirinin müavini Dmitri Kozak bildirib ki, bu vəsait kütləvi idmanın inkişafına yönəldiləcək. Kozakın sözlərinə görə, 485 olimpiya obyekti gələcək istifadə proqramına salınıb: “Olimpiya oyunları təkcə infrastrukturun yaradılması və idman nailiyyətləri baxımından deyil, kommersiya baxımından da uğurlu olub. Xərclərlə müqayisədə, gəlir 1,5 milyard rubl təşkil edib”.