10:02 25-03-2014
news_image

Dünya birinciliyində 3 medal

Tayvanın Taypey gənc taekvondoçular arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın ilk 3 günündə 3 medal qazanıb.

 

Belə ki, mundiala 18 taekvondoçu ilə yollanan komandamızın heyətində Məhəmməd Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adına layiq görülüb. Ondan fərqli, yalnız finalda məğlubiyyət acısı yaşayan Səid Quliyev (73 kq) gümüş medala yiyələnib. Digər taekvondoçumuz Safiye Polat (49 kq) isə bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, dünya birinciliyindən öncə baş tutan təsnifat turnirində Quliyevlə Polat (49 kq) Çinin Nanjinq şəhərində keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb.