11:41 25-03-2014
news_image
1035
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızı sevindirən reytinq

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Tiflisdə keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu olub.

 

Belə ki, Hacıağa Hacıəhmədovun baş məşqçi kimi debüt etdiyi yarışda komandamıza qızıl medal qazandıran Orxan Səfərovla (60 kq) Nicat Şixəlizadə (66 kq), həmçinin 3-cü yer tutan Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) mövqelərini yaxşılaşdırıblar. Onlar müvafiq olaraq, 10-cu (+8), 6-cı (+2), 8-ci (+1) və 14-cü (+6) yerə yüksəliblər.

 

Qran-pridə 7-ci olan Tural Səfquliyev (81 kq) də irəliləyənlər arasındadır. O, bu nəticə ilə 8 rəqibini qabaqlayıb və 34-cü pilləyə qalxıb. Səfquliyevlə yanaşı, Tərlan Kərimov (66 kq) da irəli gedib. Təmsilçimiz 57-ci yeri 56-ya dəyişib.

 

Komandamızın heyətində yalnız Elxan Məmmədov (100 kq) mövqeyini qoruyub. Dünya çempionumuz yenə də öz çəkisində birincidir.

 

Cüdoçularımızdan İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubova (63 kq) 2, Şahin Qəhrəmanov (90 kq) 1 pillə aşağı düşüb. Onlar müvafiq olaraq, 14-cü, 71-ci və 8-cidirlər.

 

81 kq çəki dərəcəsini yenidən 73 kq-a dəyişən Rüstəm Orucov (73 kq) isə 14-cüdür.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.