14:39 25-03-2014
news_image

Yığmamız heyətini açıqladı

Martın 28-də Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də gücünü yoxlayacaq.

 

Yığmamızın baş məşqçisi Hacıağa Hacıəhmədov qonşu ölkədə 15 cüdoçunu sınaqdan çıxaracaq. O, Qran-pridə Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi 60 kq), Əli Rzayev, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Rüstəm Alimli, Abdulhəqq Rəsullu (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Vaxtanqi Bitiyev (hər ikisi +100 kq), Kifayət Qasımova və Şahanə Hüseynovaya (hər ikisi 57 kq) şans verəcək.

 

Qeyd edək ki, yarışda 46 ölkədən 399 çüdoçu qüvvəsini sınayacaq.