17:28 25-03-2014
news_image
952
STOLÜSTÜ OYUNLAR

Vişvanatan Anand: Bu, vəziyyətin pisləşməsinə gətirib çıxaracaqdı

“Siciliya müdafiəsinin bu variantı təxminən 15 il öncə populyar idi. Mən bunu çoxdandır ki, lazımınca təhlil etməmişdim”. Apasport.az saytının məlumatına görə, bunu sabiq dünya çempionu Vişvanatan Ananda deyib.

 

Hindistanlı qrossmeyster şahmat tacına iddiaçıların turnirində Şəhriyar Məmmədyarovla oyununu şərh edib. O bildirib ki, bu gün X tur çərçivəsində qara fiqurlarla oynayan həmyerlimiz qarşılaşmanı davam etdirəcəyi halda vəziyyətini pisləşdirə bilərdi: “Son vəziyyətdə qara fiqurların güclənmək imkanı yox idi. İstənilən cəhdlər yalnız vəziyyətin pisləşməsinə gətirib çıxaracaqdı”.

 

Qeyd edək ki, Anand ilk dövrədə Məmmədyarova qalib gəlmişdi.