22:48 26-03-2014
news_image
417
DİGƏR NÖVLƏR

Rusiyanı boykot etdi, nazir müavini oldu

 

 

Ukraynanın qadınlardan ibarət biatlon komandasının kapitanı Yelena Pidqruşnaya nazir müavini təyin edib. Apasport.az saytının məlumatına görə, onun vəzifəyə təyin edilməsində həlledici rolu həyat yoldaşı və Rusiyaya münasibətdə siyasi mövqeyi oynayıb.

 

27 yaşlı Pidqruşnaya beşqat Avropa çempionu, Dünya kubokunun qalibi və mükafatçısıdır. Soçi Olimpiadası zamanı qadın biatlon komandasının heyətində olimpiya çempionu olub. Onun həyat yoldaşı millətçi “Azadlıq” partiyasından Ukrayna Ali Radasının deputatıdır.

 

Bir neçə gün öncə Pidqruşnaya biatlon üzrə Rusiyada keçirilən beynəlxalq yarışlarda iştirak etməkdən imtina edib. O, bunu Rusiyanın Ukraynaya qarşı apardığı siyasətlə bağlayıb: “Mən Ukraynadakı son hadisələrlə bağlı dəvətdən imtina etdim. Mən prezident Vladimir Putini qəti şəkildə dəstəkləmirəm və hesab edirəm ki, onun atdığı addımlar haqsızdır. Hesab edirəm ki, idmançılar Rusiya ərazisində keçirilən yarışlardan imtina etsələr, daha düzgün olar”.

 

Bu gün isə Ukrayna baş naziri Arseniy Yatsenyuk Yelena Pidqruşnayanın idman və gənclər nazirinin müavini təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.