04:50 27-03-2014
news_image
324
DİGƏR NÖVLƏR

“Formula-1”in həkimi: Şumaxerin düzələcəyinə şans azdır

 

 

“Formula-1” yarışının keçmiş həkimi Hari Xartşteyn məşhur pilot Mixael Şumaxerin taleyi ilə bağlı bədbin proqnozla çıxış edib. Apasport.az saytının məlumatına görə, o, idmançının vəziyyətinin ilkin qiymətləndirilməsi zamanı ciddi səhvlərə yol verildiyini iddia edib.

 

Xartşteyn bildirib ki, həkimlərin ciddi səhvə yol verdikləri ilə bağlı ciddi mənbələrdən məlumat alıb: “Bu səhvlər Mixaelin vəziyyətini pisləşdirə bilərdi və yəqin ki, pisləşdirib. Mümkündür ki, bu səbəbdən də ən bədbin proqnozlara baxmayaraq, həkimlər Şumaxerin ailəsinə təzyiq göstərə bilmirlər”.

 

Mütəxəssis onu da iddia edib ki, idmançının səhhəti ilə bağlı bədbin proqnozlar var: “Vaxt keçir və onun vəziyyətinin dəyişəcəyinə ümid getdikcə azalır. Mən pis xəbərin yayıldığı təqdirdə nə olacağı barədə narahatlıq keçirirdim. Hansısa məqamda anladım ki, rəsmi informasiyanın olmaması, verilməməsi bizə bir qədər sakitləşmək, baş verənlərdən uzaqlaşmaq şansı yaradıb. Ola bilsin ki, bu, Şumaxerin ailəsi tərəfindən seçilən gözlənilməz strategiyadır. Məndə belə bir hiss yarandı ki, artıq insanlar hər şeyə, hətta ən pis nəticəyə belə hazırlanıblar”.