10:03 27-03-2014
news_image
343
DİGƏR NÖVLƏR

Millimizin Fort-Benninq sınağı

Sabah ABŞ-ın Fort-Benninq şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 7 gün davam edəcək yarışa Azərbaycan millisi 2 snayperlə qatılacaq.

 

Belə ki, Dünya Kubokunda İradə Aşumova və Ruslan Lunyov hədəf önünə keçəcəklər. Eyni zamanda, yığmamızın baş məşqçisi olan Aşumova yarışın ilk günündə dəqiqliyini yoxlayacaq. O, 10 m məsafəyə atəş açmada “35” nömrə altında sükutu pozacaq.