17:48 27-03-2014
news_image
854
STOLÜSTÜ OYUNLAR

Növbəti heç-heçə - YENİLƏNİB

Bu gün dünya şahmat tacı uğrunda iddiaçıların turnirində XII turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışda yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.

İlk dövrədə rusiyalı qrossmeysterlə heç-heçə edən şahmatçımız bu dəfə də xalları yarı bölub. Zəka sahibləri 60-cı gedişdə “sülh”ə razılaşıblar.

Digər görüşlərin ikisi heç-heçə başa çatdığı halda, yalnız Veselin Topalov qələbəyə sevinib.

 

27 mart
XII tur

Vişvanatan Anand (Hindistan) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Pyotr Svidler (Rusiya) - 1:0
Levon Aronyan (Ermənistan) - Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

 

Turnir cədvəli: Anand – 7,5 xal; Aronyan – 6,5; Məmmədyarov, Karyakin – 6; Kramnik, Svidler, Topalov, Andreykin – 5,5