17:18 27-03-2014
news_image

Dünya çempionumuz Qran-pridən kənar qaldı

Martın 28-də Türkiyənin Samsun şəhərində start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan idmançılarının rəqibləri də müəyyənləşib.

 

Komandamızın üzvlərinin əksəriyyəti mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. İlkin siyahıda dünya çempionumuz Elxan Məmmədovun adı olsa da, o, qeyri-müəyyən səbəbdən yarışa qatılmayacaq.

 

 

Kişilər

60 kq

1/16 final

İlqar Müşkiyev – Damyen Zyade (Livan)

Beslan Mudranov (Rusiya) – Vüqar Şirinli

 

66 kq

1/16 final

Qabor Haqyo (Macarıstan) – Əli Rzayev

Tornike Tataraşvili (Gürcüstan) – Tərlan Kərimov

 

73 kq

1/8 final

Rüstəm Orucov – Bayram Ceylan (Türkiyə)/Martin İvanov (Bolqarıstan)

 

81 kq

1/32 final

Tanju Sorlı (Türkiyə) – Əbdülhəqq Rəsullu

 

1/16 final

Rüstəm Alimli – Əmir Nicat Xaşemi (İran)

 

90 kq

1/16 final

Beka Qviniaşvili (Gürcüstan) – Ramin Qurbanov

Şahin Qəhrəmanov – Vadim Sinyavski (Ukrayna)

 

100 kq

1/8 final

Elmar Qasımov – Quram Tuşişvili (Gürcüstan)/YevgeniBorodavko (Latviya)

 

+100 kq

1/16 final

Burak Sərbəst (Türkiyə) - Uşanqi Kokauri

Vaxtanqi Bitiyev – Daniel Allerstorfer (Avstiya)

 

Qadınlar

57 kq

1/16 final

Kifayət Qasımova – Emilie Amaron (İsveçrə)

Alessiya Reqis (İtaliya) – Şahanə Hüseynova