11:54 29-03-2014
news_image
390
DİGƏR NÖVLƏR

Dünya çempionatına 12-ci yerlə start

Fiqurlu konkisürmə üzrə dünya çempionatında 3-cü günü başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri Aleksey Sitnikova Yuliya Zlobina da buz meydança üzərinə çıxıblar.

İdman rəqslərində qüvvəsini sınayan 33 cütlük arasında olan idmançılarımız ilk proqramı uğurla başa vurub. Belə ki, qısa rəqs zamanı 57,01 xal toplayan cütlük proqramı 12-ci yerdə başa vurub. Bu isə onlara ikinci çıxışda iştirak edənlər sırasına düşməyə imkan verib.

Qeyd edək ki, bu gün keçiriləcək həlledici mərhələyə 20 cütlük buraxılıb.