09:15 31-03-2014
news_image

Klublarımızın estafeti Rusiyada

Voleybol üzrə “Çelenc Cup” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, kişi və qadın komandaların yarışında ən güclülər müəyyənləşib.

Azərbaycan təmsilçilərinin qatılmadığı yarışın həlledici oyunları Türkiyə klublarının iştirakı ilə keçirilib. Kişilərin yarışında “Fənərbaxça” iki oyunun nəticəsinə əsasən qitənin 3-cü dərəcəli kubokunu başı üzərinə qaldırıb.

Qadınların mübarizəsində isə “Beşiktaş” Rusiya “Zareçye Odintsovo”si ilə bacarmayıb. Bununla da kubok ardıcıl ikinci il bu ölkəyə yollanıb. Şimal qonşularımız onlardan əvvəl iki dəfə kuboku qazanan Azərbaycan klublarının estafetini davam etdirib.

Kişilər
“Andreoli” (İtaliya) - “Fənərbaxça” (Türkiyə) – 3:2 (30:32, 18:25, 26:24, 25:21, 16:14)
“Fənərbaxça” (Türkiyə) - “Andreoli” (İtaliya) – 3:0 (25:22, 25:19, 25:17)

Qadınlar
“Zareçye Odintsovo” (Rusiya) – “Beşiktaş” (Türkiyə) – 3:2 (23:25, 25:19, 14:25, 25:18, 15:10)
“Beşiktaş” (Türkiyə) - “Zareçye Odintsovo” (Rusiya) – 1:3 (23:25, 25:23, 23:25, 19:25)


Qeyd edək ki, 2010/11 mövsümündə “Azərreyl” (indiki “Azəryol”), 2011/12 mövsümündə isə “Lokomotiv” turnirin qalibi olmuşdu. Ötən il isə Krasnodar “Dinamo”su qalib gəlmişdi.