09:18 31-03-2014
news_image

Yığmamız 44 ölkə arasında 12-ci oldu

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirin son günündə Azərbaycan millisi medal qazana bilməyib.

 

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Vaxtanqi Bitiyev (hər ikisi +100 kq) fərqlənə bilməyiblər. Bu idmançılardan yalnız Qasımov bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci olub.

 

Qeyd edək ki, yarışa 14 cüdoçu ilə yollanan yığmamızın heyətində Rüstəm Orucov gümüş medal qazanıb. Bu medal və iki 5-ci yer (Qasımov və İlqar Müşkiyev) isə millimizi 44 ölkə arasında 12-ci edib.