14:48 31-03-2014
news_image
425
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımız medalsız qaldı

ABŞ-ın Fort-Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 2 snayperlə qatılan Azərbaycan millisi hələ medal qazana bilməyib.

 

Belə ki, yığmamızın baş məşqçisi, eyni zamanda üzvü İradə Aşumova artıq çıxışını bitirib. Olimpiya mükafatçımız 10 m məsafəyə atəş açmada 32-ci, 25 m məsafədən hədəfi nişan almada 14-cü yeri tutub.

 

Digər həmyerlimiz Ruslan Lunyov isə 10 məsafəyə atəş açma yarışlarında çıxışını yekunlaşdırıb və 25-ci pillədə qərarlaşıb. O, sabah 25 m məsafəni dəqiq nişan almağa çalışacaq.