20:04 31-03-2014
news_image

WSB-nin final oyunları Bakıda keçirilə bilər

 

Ümumdünya Boks Seriyasının (WSB) final matçları Bakıda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, buna oyunların keçirilməli olduğu Kiyevin imtinası səbəb olub.

 

Turnirdə çıxış edən Rusiya komandasının baş meneceri Stepan Lendyel WSB-nin dördüncü mövsümünün finalının keçirilmə yerinin Bakı ola biləcəyini söyləyib: “Ukrayna məlum səbəblərdən final oyunlarının keçirilməsindən imtina edib. Artıq WSB–nin finalı keçirmək üçün Azərbaycana müraciət etdiyindən xəbərdaram. Eyni zamanda, Bakının imtinası təqdirdə belə bir təklifin bizə də ediləcəyini istisna etmirəm”.