08:59 02-04-2014
news_image
387
DİGƏR NÖVLƏR

Millimiz Dünya Kubokundan medalsız qayıdır

ABŞ-ın Fort-Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku Azərbaycan millisi üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Ruslan Lunyovun son cəhdi də uğursuz alınıb.

 

Belə ki, 10 m məsafəyə atəş açma yarışlarında 25-ci olan snayperimiz 25 m məsafədən də hədəfi dəqiq nişan ala bilməyib. O, bu dəfə 19-cu yeri tutub.

 

Qeyd edək ki, Lunyovdan öncə İradə Aşumova çıxışını bitirmişdi. Olimpiya mükafatçımız 10 m məsafəyə atəş açmada 32-ci, 25 m məsafədən hədəfi nişan almada 14-cü olmuşdu.