10:48 02-04-2014
news_image
809
DİGƏR NÖVLƏR

Millimiz ABŞ-a yollanır

Aprelin 9-da ABŞ-ın Tuson şəhərində stend atıcılığı üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 6 gün davam edəcək yarışa Azərbaycan millisi 5 idmançı ilə qatılacaq.

 

Baş məşqçi Hafiz Cəfərov Dünya Kubokunda Paşa Əhədpur, Emin Cəfərov, Nurlana Cəfərova, Zemfira Meftahətdinova (hamısı skit) və Elvin İsmayılova (trap) şans verəcək.

 

Qeyd edək ki, turnirdə 44 ölkədən 313 snayper hədəf önünə keçəcək.