15:16 02-04-2014
news_image
983
DİGƏR NÖVLƏR

Olimpiadanın vaxtı dəyişdirilir

2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının vaxtı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşkilatçı ölkəsi müəyyənləşməyən möhtəşəm yarışı 1 il sonraya təxirə salmaq barədə götür-qoy edir.

 

Buna əsas səbəb isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatıdır. Belə ki, FİFA və mundialın ev sahibi yarışı ənənəyə uyğun olaraq, yayda deyil, qışda keçirmək barədə düşünür. Əgər belə addım atılarsa, onda 2 mötəbər turnir – Olimpiya Oyunları və dünya çempionatı təxminən eyni vaxtda baş tutacaq.

 

Bu isə BOK-u qane etmir. Çünki qurum rəhbərliyi yaxşı başa düşür ki, futbol Oyunları kölgədə qoya bilər. Lakin istənilən halda BOK Qətər və FİFA-nın qərarını gözləyir.

 

Qeyd edək ki, indiyədək tək illərdə heç vaxt Olimpiada keçirilməyib.