05:42 03-04-2014
news_image
700
DİGƏR NÖVLƏR

“Əbədi” rekordu qıran idmançıya 6.16 metrlik heykəl - VİDEO

Şüvüllə tullanmaq üzrə olimpiya çempionu fransız Reno Lavilleniyə 6 metr 16 santimetrlik heykəl qoyulacaq. Apasport.az saytının məlumatına görə, bu abidə onun dünya rekorduna uyğun gəlir.

 

İtaliyalı arxitektorun hazırladığı “Reno Abidəsi” xüsusi mexanizmlə təchiz ediləcək. Həmin mexanizm fransız idmançının dünya rekordlarını təzələdiyi təqdirdə, rekorda uyğun olaraq abidənin hündürlüyünü artıracaq.

 

Lavilleni özü tezliklə rekordu yeniləyəcəyinə əmindir: “6.16 metr hündürlüyünə tullandığım videoyazısına baxanda gördüm ki, 6.20 santimetr hündürlüyə tullana bilmək imkanım var. Yaxın vaxtlarda məhz bu hündürlüyü qarşıma məqsəd qoyacağam».

 

Xatırladaq ki, Reno Lavilleni bu il fevralın 15-də Ukraynanın Donetsk şəhərində keçirilən beynəlxalq turnirdə əfsanəvi Sergey Bubkanın 21 il yenilənməyən 6.15 santimetrlik “əbədi” rekordunu qırıb.