15:35 03-04-2014
news_image
556
DİGƏR NÖVLƏR

İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. Apasport.az saytının məlumatına görə, görüş zamanı P.Hikki Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını bildirib.

 

Hazırlıq işlərinin qrafikə uyğun görüldüyünü vurğulayan P.Hikki bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını ifadə edib.

 

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.