04:43 04-04-2014
news_image
483
DİGƏR NÖVLƏR

Mətbuat katibi: Şumaxerin sağalacağına ümid var

“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixail Şumaxerin sağalmasına ümid var. Apasport.az saytının məlumatına görə, bunu onun mətbuat katibi Sabina Kim deyib.

 

Kim pilotun həyat yoldaşı Korinna Şumaxerin artıq çıxılmaz vəziyyəti gördüyü və buna görə də ərini İsveçrədəki evlərinə köçürdüyü barədə yazılanları şayiə adlandırıb: “Korinna Şumaxerin evlərini çıxılmaz vəziyyətdə qaldığı üçün yenidən qurduğu barədə deyilənlərin heç bir əsası yoxdur”.

 

Qeyd edək ki, bundan əvvəl Şumaxerin həyat yoldaşının Cenevrə gölü sahilində 10 milyon funt sterlinqə ev tikdirdiyi bildirilirdi. Guya ki, ərinin artıq ayılmayacağını dəqiqləşdirən Korinna evi tibb palatası kimi düzəltdirir. Mətbuat bunu Şmaxerin artıq komadan çıxmayacağının sübutu kimi təqdim edib.

 

Sabina Kim isə həm evin tikintisi, həm də pilotun səhhəti ilə bağlı şayiələri qəti təkzib edib: “Ümid var. Sadəcə onu deyə bilərəm Ki, bizə ümid verən əlamətlər var”.